“Biz hesab edirik ki, İran bizimlə danışıqlar aparmaq istəyir və əgər Tehran müvafiq hazırlıq görsə, Vaşinqton bu təklifə müsbət cavab verəcək”. “Qafqazinfo” xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Baş Nazir Sindzo Abe ilə Tokioda baş tutacaq görüşündən öncə deyib.
“İnanıram ki, İran bizimlə danışıqlar aparmaq istəyir. Belə olan halda biz də bu danışıqlara hazırıq. Baxaq görək nə alınır. Heç kim dəhşətli hadisələrin baş verməyini istəmir” – deyə Amerika lideri bildirib.
Tramp Abenin yaxın zamanlarda İrana planlaşdırılmış rəsmi səfərini də müsbət qarşıladığını açıqlayıb: “Məlum olduğu kimi, Yaponiya və İran liderləri yaxşı əlaqələrə malikdirlər. Abenin Tehran səfərindən nə qazanılacağına baxarıq...”.
Son xəbərlər
Son Xəbərlər