“Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil”

hec-kim-lekesiz-temiz-ag-qasiq-deyil
Oxunma sayı: 3470

“Yaşadıqlarımdan, öyrəndiklərimdən, Allah dostlarından mənə qalanlar- hamımızın, bütün insanların üstündə bir az kir, bir az toz var. Heç kim ləkəsiz, təmiz, ağ qaşıq deyil. İnsanların çox yaxşı olduğuna və qüsursuzluğuna əsla aldanma! Yaxud özünü aldatmağa səbəb axtarma”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova instaqram səhifəsində yazıb. O, izləyicilərinə məsləhət görərək özləri ilə üzləşməyi tövsiyə edib: “Hardan başlayacağını bilmədiyin zərif ruhunu başa düşürəm, amma bunun üçün heç bir addım, səy göstərmədiyini başa düşə bilmirəm”, - deyə kitabda qeyd olunub. Əslində sənə yol xəritəsi çoxdur, yetər ki, görmək istə. Oxumaq, araşdırmaq və yaşamaq... Bu üçüylə birlikdə etdiyin axtarışların hamısı yolundur. Kirini, tozunu, pasını atmaq istəyirsənsə, ürəkli olmalısan. Olanı yox, olmayanı var saymayacaqsan.

Cəsarət üzləşməyi, razı olmağı sevir. Hər insan bir yoxuş, eniş, çöküş, sonra  yenidən doğuşdur. Ürəyinə ağrı çəkdirmə. Ağlına, şüuruna ağrını çəkdir. Ürəyin hər zaman ağrıyacaq , sən şüurunu dinlə. İndi get, güzgüyə diqqətlə bax, cəsarətini topla!

Siz bu güzgü məsələsini səhv başa düşməyin. O güzgünü başqalarına tutmaq rahatdır, bir də özünüzə tutun, görüm!  Başqasında qüsur, ayıb axtarmaq asandır. Ayna-ayna söylə mənə, nədir qüsurum? Soruş, görüm? Deyək ki, soruşdun, sonra tanış olub dost olsana, özünə yaxından baxsana... Çətindir, hə?!”.