“Heç kimdə cürət və qeyrət tapılmırdı bir iş görsün”

hec-kimde-curet-ve-qeyret-tapilmirdi-bir-is-gorsun
Oxunma sayı: 645

Milli Məclisin sədr müavini Valeh Ələsgərov saziş layihələrini təqdim edərkən deyib: “Bir vaxt xaricə çıxış imkanları olmayan Azərbaycan artıq yeddi kəmərlə öz qazını dünya bazarlarına çıxaracaq. Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün yeni layihələrə ehtiyac vardı.

Aparılan danışıqlar nəticəsində yeni qaz kəməri inşa olunacaq. Azərbaycanın yeni qaz ehtiyatları kəşf olunduqca və hasilat artdıqca Azərbaycan qazını, o cümlədən Xəzər regionunda olan ölkələrin istehsal etdiyi qazı Avropa bazarlarına çıxara bilən kəmərə ehtiyac duyulur. Qazı Avropa bazarına çıxaracaq bir çox layihədən danışılırdı.

Ancaq heç kimdə cürət və qeyrət tapılmırdı bir iş görsün. Amma Azərbaycan bunu etdi. Azərbaycan qaz kəmərlərini Avropanın qaz kəmərlərinə birləşdirən layihəyə imza atdı”./mediaforum/