Xəbər verdiyimiz kimi, AZAl Premyer Liqanın 16-cı turunda doğma meydanda "Qarabağ"a 1-2 hesabı ilə məğlub olub.
Meydan sahiblərinin futbolçusu Sadio Tounkara "Qafqazinfo"nun suallarını cavablandırıb. Malili yarımmüdafiəçinin müsahibəsini təqdim edirik:
-Epizodun təkrarına baxanda görünürdü ki, qayda pozuntusu yoxdur. Fikrin nədir?
-Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi? Heç nə anlaya bilmədim.
-Sən İbrahim Sehiçə toxunmuşdun?
-Orda heç nə yox idi. Mən heç kimə toxunmamışam.
-Bəlkə hakimə etiraz etdiyin üçün qırmızı vərəqə ilə cəzalandın...
-Mən hakimə heç bir etiraz etməmişəm.
-Bu qərarın “Qarabağ”a nə dərəcədə köməyi oldu? Düşünmürsən ki, tam heyətlə oynasaydız, uduzmazdız...
-Tam heyətlə oynasaydıq, məğlub olmazdıq, ən azından heç-heçə edə bilərdim. Amma uduzmazdıq.
Son xəbərlər
Son Xəbərlər