“Heç kimin ailəsini müzakirə etməyin”

hec-kimin-ailesini-muzakire-etmeyin
Oxunma sayı: 3506

“Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov həyat yoldaşından ayrılması barədə yayılan xəbərlərə münasibət bildirib.  “Qafqazinfo”nun məlumatına görə, MTV-də yayımlanan “Söhbətsiz” proqramında qonaq olan yumorist iddiaları təkzib edib:

“Səhər gözümü açdım ki, saytlar şəkillərimi yerləşdirir, məlumat yazır. Belə bir şey yoxdur. Xoşuma gəlmədi. Bir az bu sahədən incidim, narahat qaldım. Belə şeyləri normal qəbul edə bilmirəm.

Ümumiyyətlə, üzdə olan insanların ailəsi haqda yalan məlumat yazılmasını istəmirəm. Mən mətbuatdan, kompyuter arxasında şir olan azərbaycanlılarımızdan xahiş edirəm ki, heç kimin ailəsini müzakirə etməyin”.

Qeyd edək ki, Elşənlə İlahə adlı xanım ötən il ailə həyatı qurub. Cütlüyün bir övladı var.