“Heç olmasa Tofiq Yaqublu xanımının yanında olub ona dəstək versin”

hec-olmasa-tofiq-yaqublu-xaniminin-yaninda-olub-ona-destek-versin
Oxunma sayı: 1251


“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa facebook hesabında yazıb

Millət vəkili bildirib ki, Azərbaycan iqtidarı məhz bu anda humanist addım atmağa özündə cəsarət tapmalıdır: “ Məhkəmə Tofiq Yaqublu barədə həbs qəti-imkan tədbirini dəyişməlidir ki, heç olmazsa ağır əməliyyat keçirəcək xanımının yanında olub mənəvi dəstək verə bilsin. Bunun üçün hansı müraciət forması ilə işin çözülməsi mümkündürsə, tərəfimdən hər bir addımı atmağa hazıram. Ağır durumda olan insanların faciəsinə bu qədər laqeyd yanaşmaq səlahiyyət sahibi olan hər kəsin üzərinə mənəvi məsuliyyət qoyur. İnsanların faciə yaşadığı anlarda heç olmazsa mərhəmətli olmağı bacarmaq lazımdır. Ümid edirəm ki, medianın da dəstəyi ilə bu məsələnin həllində müsbət nəticə əldə olunacaq. Bir daha yaralılara Allahdan şəfa diləyirəm”.