“Heç özüm də bilmirəm” - - Cahangir Hacıyev

hec-ozum-de-bilmirem-
Oxunma sayı: 3154


O, Bakı klubuna yenicə məşqçi təyin olunan Marino Puşiçlə bağlı danışıb. Hacıyev hollandiyalı mütəxəssisin mövsüm sonunda müqaviləsi başa çatacaq Kaxaber Sxadadzenin yerinə baş məşqçi təyin olunub-olunmayacağı məsələsini isə həmin vaxt müzakirə edəcəklərini bildirib: "Kaxabar Sxadadzenin Gürcüstan millisinə dəvət olunması bizim üçün şərəfdi. Komandaya yeni gələn Puşiçin baş məşqçi təyin olunub-olunmayacağını mövsüm sonunda müzakirə edəcəyik. Komandanın stabil çıxış etməsi üçün yaxşı məşqçiyə ehtiyac duyulacaq. Bunun üçün axtarışlar davam edir. Yeni məşqçinin kim olacağını heç özüm də bilmirəm".