Angelina Jolie “Associated Press”ə müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı aktrisa müsahibəsində yeni filmi və övladları barədə danışıb.
“Çox qəribə bir hissdir. Heç vaxt övladımın olmağını istəməmişəm. Əsla özümü bir ana olaraq görmədim”.
Jolie rejissorluğunu üzərinə götürdüyü "First they killed my father” filminin çəkilişləri üçün Kambocaya gəlib.
O, 2000-ci ildə ilk dəfə bu ölkəyə gəldiyini, övladlığı Maddoxu burada gördüyünü bildirib:
“Bu ölkəyə "Tomb raider" filminin çəkilişləri üçün gəlmişdim. Bir məktəbin baxçasında kambocyalı uşaqlarla oynayırdım. Birdən mənim oğlumun buralarda olduğunu düşündüm. Elə bu filmlərin çəkiliş zamanı ana olmaq istəyirdim. Daha sonra buralardan ayrıla bilmirdim. 2 il sonra Maddoxla tanış oldum, onu övladlığa götürdüm”.
Brad Pitt ilə evli olan Angelina Jolienin üçü bioloji, üçü də övladlıq olmaqla altı uşağı var. Böyük oğlu Maddox kambocyalı, qızı Zahara efiopiyalı, ən son övladlığa götürdüyü Pax Thien isə vyetnamlıdır.




Son xəbərlər
Son Xəbərlər