“Heç vaxt tənqid olunmamışam”

hec-vaxt-tenqid-olunmamisam
Oxunma sayı: 647

Gənc müğənni, bəstəkar Ramal İsrafilov yaşllı nəsilin tənqidləri ilə tam razı olduğunu deyir. Bu barədə “Qafqazinfo”ya danışan R.İsrafilov bildirib ki, o hələ indiyə qədər heç bir yaşllı nəslin sənət adamları tərəfindən gördüyü işlərə görə tənqid olunmayıb: “Mən bizim yaşlı nəsilin sənət adamlarının tənqidlərinə “hə” deyirəm. Baxmayarq ki, onlar heç vaxt mənim bəstələdiyim, musiqiləri və ifamı heç vaxt tənqid etməyiblər. Amma deyim ki, o, tənqidlərin içində özümü də görürəm. Düşünürəm ki, böyük sənətkarlarımız gənc nəsilə etdikləri tənqidlərdən bəhrələnmək lazımdır. Mən inamıram ki, xalqımız mənim işimdən narazı deyil. Çünki, mən musiqiçi ailəsində böyümüşəm. Mən musiqi yazanda da və ifa edəndə də ailəmə dinlədirəm. Ən çox da bibim, xalaq artistimiz Mələkxanım Əyyubovaya, atama... Onların məslətindən sonra mən yazdıqlarımı dinləyicilərə təqdim edirəm. Mənə bu işdə ən çox yardımcı olan ailəmin misiqiçi olmasıdır. Ona görədə böyük sənəkarlarımız tərəfindən heç vaxt tənqid olunmamışam. Mən gənc ifaçılara məsləhət görərdim ki, sənətlə bağlı bir iş görəndə həmişə böyük sənəkarlardan məsləhət alsınlar”.

Aynur B.