“Heç zaman qorxmamışam”

hec-zaman-qorxmamisam
Oxunma sayı: 915


 “Qafqazinfo” xəbər verir ki, komandasına Azərbaycan kubokunu qazandıran Böyükağa Hacıyev yenə maraqlı açıqlaması ilə yadda qalıb: “Uğur qazanmaq üçün risk etmək lazımdır. Mənim müqaviləm artıq başa çatmaq üzrədir. Rəhbərliklə görüşəcəm. Qalmağımı istəsələr, qalacam, istəməsələr, gedəcəm. Heç zaman qorxmamışam. Risk etmək lazımdır. Bu oyunda Məqsəd İsayev Mahir Şükürovu, Samir Mənsimov isə Araz Abdullayevi layiqincə əvəz etdi. Komandamı qələbə münasibəti ilə təbrik edirəm”

Qeyd edəkki, “Neftçi” “Qəbələ”ni penalti seriyalarında 3-2 hesab ilə məğlub edə bilib. Oyunun əsas və əlavə vaxtı isə 1-1 hesabı ilə başa çatıb.


İqbal