Həcc ziyarətində ölənlərin sayı 1100-ü keçdi

hecc-ziyaretinde-olenlerin-sayi-1100-u-kecdi
Oxunma sayı: 6334

Həcc ziyarəti zamanı həlak olanların sayı 1100-ü keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperatur səbəbindən 672 misirli zəvvar dünyasını dəyişib ki, onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti xüsusi viza verib.

Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.

Xatırladaq ki, ən son məlumatda ölənlərin sayının 1081 nəfər olduğu bildirilirdi.