Həcər Abbaslı istefa verdi - Namizədlik qalmaqalı

hecer-abbasli-istefa-verdi-
Oxunma sayı: 5598

Ümid Partiyasının sədri İqbal Ağazadənin gender məsələləri üzrə müavini Həcər Abbaslı vəzifəsindən və partiyadan istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Həcər Abbaslı özü məlumat yayıb. O, qeyd edib ki, istefasının səbəblərindən biri partiya daxilindəki ədalətsizlikdir.

Keçmiş müavinin istefası ilə bağlı açıqlamasını olduğu kimi təqdim edirik:

“Bildirmək istəyirəm ki, istefamı partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi, partiya daxili idarəçiliyinin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, prespektivi və ümumkomanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəmnində aparılması bu qərarı verməyimə səbəb oldu.

Qərarımı qətiləşdirən başqa bir fakt Azərbaycan Respublikası Milli Məclisinə 2016-ci il 18 iyun təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürməsi olub.

Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm”.