Hədələyib pulunu aldılar

hedeleyib-pulunu-aldilar-
Oxunma sayı: 782

Bakıda bir qrup cinayətkar dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 17-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində şəxsiyyəti məlum olmayan 5 nəfər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu alıb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Şahin Kərimov, Vahid Şirinov və Elvin Abbaszadə tutulmuş, digər şəxslər isə müəyyən edilib.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd