Həftar atəşkəsə razı olmadı - “Müharibə davam edəcək”

heftar-ateskese-razi-olmadi
Oxunma sayı: 2036

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftarın tərəfdarı olan Tobrukda Nümayəndələr Palatasının sədri Akile Salih Liviya Milli Razılıq Hökuməti ilə razılaşdırılmış atəşkəsin sona çatdığını elan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli televiziyalardan birinə danışan Salih Rusiya və Türkiyənin çağırışı ilə yanvarın 12-də atəşkəs mətnini razılaşdırılmasına “Vladimir Putinə hörmət səbəbindən”  müsbət cavab verdiklərini bəyan edib. O, açıqlamasında atəşkəsin onlar üçün başa çatdığını, müharibənin davam edəcəyini bildirib.

Salih Tripolidəki silahlı qarşıdurmada uğur əldə edə bilməmələrində Türkiyəni günahlandıraraq “Tripolinin geri alınması nəticə əldə etməyimizi ləngitdi” deyib.