Həftardan atəşkəslə bağlı vəd

heftardan-ateskesle-bagli-ved
Oxunma sayı: 1802

“Xəlifə Həftar mövcud atəşkəsə əməl edəcəyinə söz verib”.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bu sözləri Almaniyanın Xarici işlər naziri Hayko Maas kanalların birinə müsahibəsində deyib. Onun sözlərinə görə, Həftarla görüşüb və o, atəşkəsi davam etdirməyə hazır olduğunu bildirib. Bu görüş təxminən 3 saat davam edib.

Maas daha sonra Tvitter səhifəsində Həftarın yanvarın 19-da Berlində təşkil ediləcək Liviya Konfransına da qatılmağa hazır olduğunu da qeyd edib.

 Qeyd edək ki, konfransda ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiy, Konqo Respublikası, İtaliya, Misir, Əl-Cəzair, BMT, Avropa Birliyi, Afrika Birliyi və Ərəb Dövlətləri Liqası nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftar Moskvada Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Səracla atəşkəs razılaşmasını imzalamaqdan imtina etmişdi.