Həftarın ordusu hava limanını ələ keçirdi - Yenilənib

heftarin-ordusu-hava-limanini-ele-kecirdi
Oxunma sayı: 2391

Liviya Milli Ordusu marşal Xəlifə Həftarın rəhbərliyi altında Tripolinin cənub-qərbində bir neçə rayonu ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə ordudan olan mənbə bildirib.

“Hazırda şəhərin küçələri boşalır. Görünür, demək olar ki, bütün sakinlər şəhəri tərk etməyi üstün tutublar. Artıq bir neçə rayon, məsələn, Tripolinin cənub-qərbindəki Canzur və Əl-Svani Liviya Milli Ordusu tərəfindən tutulub”, - deyə mənbə söyləyib.

Qeyd edək ki, Xəlifə Həftar açıqlama verərək şəhəri 48 saat ərzində terrorçulardan təmizləyəcəyini bəyan edib.

***

“CNN Türk”ün məlumatına görə, 5 ildir fəaliyyətsiz olan Tripoli hava limanı yaxınlığındakı şiddətli atışmalardan sonra bölgə Həftarın ordusunun nəzarətinə keçib.

Bundan başqa, Qəsr bin Qaşir, Vadi ər-Rabi və Suk əl-Xamis bölgələri də ələ keçirilib.