Həftarın ordusu hərbi təyyarəni vurdu

heftarin-ordusu-herbi-teyyareni-vurdu
Oxunma sayı: 987

Marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) Tripoli yaxınlığında Milli Razılıq Hökumətinin hərbi hava qüvvələrinə məxsus təyyarəni vurub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə LMO-nun briqada generalı Əhməd əl-Mismari məlumat yayıb.

“Hərbi qüvvələrimiz Misratdakı hərbi bazadan Tripoli istiqamətində havaya qalxan hərbi təyyarəni vurub”, - deyə əl-Mismari bildirib.

Xatırladaq ki, Liviyada iki tərəf- Milli Ordu ilə Faiz Saracın rəhbərlik etdiyi Milli Razılıq Hökuməti arasında toqquşma gedir. 

4 apreldə hücuma keçən marşalın ordusu aprelin 5-də Tripolinin cənub-qərbindəki Canzur və Əl-Svani daxil olmaqla bir neçə rayonu, beynəlxalq hava limanını, Quryan və Surman şəhərlərini də terrorçulardan azad edib. Lakin daha sonra hava limanı ordunun əlindən geri alınıb.