Həftə sonları bəzi mərkəzi küçələr avtomobillər üçün bağlı olacaq

hefte-sonlari-bezi-merkezi-kuceler-avtomobiller-ucun-bagli-olacaq
Oxunma sayı: 2234

Həftə sonları Bakının Malakan bağı kimi tanınan ərazisinə yaxın küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) məlumat yayıb.

Bildirilib ki, növbəti mərhələdə qeyd olunan ərazilər piyadaların istifadəsinə veriləcək.

Qeyd edək ki, artıq bu gündən Bakının Malakan bağı kimi tanınan ərazisində Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Agentlik bununla ərazidə yaranan tıxacın qarşısını almaq niyyətindədir.