Həftə sonu ABŞ-da 1500-ə yaxın reys ləğv edildi

hefte-sonu-abs-da-1500-e-yaxin-reys-legv-edildi
Oxunma sayı: 2744

ABŞ-da 19 iyunun federal bayram kimi qeyd olunması ilə əlaqədar səyahət intensivliyi artıb, digər tərəfdən isə sərt hava şəraiti və kadr çatışmazlığı səbəbindən uçuşların təxirə salınması problemlər yaranıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası məlumat yayıb.

Məlumata görə, iyunun 17-də hava limanlarında 2 milyon 440 minə yaxın sərnişin yoxlanılıb.

Digər tərəfdən uçuşların təxirə salınması və gecikməsi hava limanlarında xaos yaradıb.

Uçuşları izləyən “FlightAware”in məlumatına görə, iyunun 17-də təxminən 1500 reys ləğv edilib, 9 minə yaxın reys gecikib.

Ləğv və gecikmələrə ölkənin müxtəlif bölgələrində kəskin hava şəraiti, kadr çatışmazlığı və COVID-19 epidemiyası ilə bağlı aviaşirkətlərdəki infrastruktur çətinlikləri səbəb olub.

Aviaşirkətlərin nümayəndələri ilə görüşən ABŞ-ın nəqliyyat naziri Pit Buttiqiq hökumətin istehlakçıların hüquqlarının müdafiəsi standartlarına əməl etməyən aviaşirkətlərə qarşı sanksiya tədbirləri, o cümlədən cərimələr tətbiq edə biləcəyini bildirib.