Həftənin ən aşağı qiyməti- - Neft ucuzlaşır

heftenin-en-asagi-qiymeti-
Oxunma sayı: 3733


“Qafqazinfo” RBK-yə istinadən xəbər verir ki, Brent markalı neftin bir barreli 58 dollardan da aşağı qiymətə satılıb. Sonuncu dəfə neftin belə qiyməti fevralın 12-də olmuşdu-58 dollara.

Bu gün neftin bir barrelinin maksimum qiyməti 59,69 dollar olub. 

Qeyd edək ki, neft qiymətinin ABŞ-ın karbohidrogenin ehtiyatlarının hesabına ucuzlaşması bildirilir. Ehtiyatların 3-420,9 milyon barrelə qədər artırılacağı gözlənilir. Bu, 1982-ci ildən bu yana rekord göstəricidir. 

Xatırladaq ki, son bir neçə gündə Brent markalı neftin bir barreli 61-62 dollara satılırdı. Hətta fevralın 17-i qiymət 62 dolları da ötmüşdü.