Həftənin ən yaddaqalan görüntüləri - Fotolar

heftenin-en-yaddaqalan-goruntuleri
Oxunma sayı: 3367

Pektusan dağında at çapan Kim Çen In, Kataloniya və Kitoda etiraz aksiyaları, yeni dünya rekorduna imza atan qaçışçı...

“Qafqazinfo” həftə ərzində (14-18 oktyabr) dünya ölkələrində baş verən hadisələri fotolarda  təqdim edir:

Polşanın Krakov şəhərində küçə ilə gedən rahibə

Çinin Litszyan dairəsində yemək çubuqlarının hazırlanması üçün qurudulan bambuk

İspaniyanın Barselona şəhərində separatçıların polislərlə toqquşmasından sonra əriyən işıqfor

Krımda Sasık-Sivaş gölündə qatar

Ekvadorun Kito şəhərində ölkə prezidenti Lenin Morenonun siyasətinə qarşı keçirilən etiraz aksiyasında əldəqayırma silahdan atəş açan nümayişçi

İtaliyanın Triyest şəhərində yarışa hazırlaşan yelkənli qayıqlar

Avstriyanın Vyana şəhərində Təbiət Tarixi Muzeyində etiraz aksiyası keçirən eko fəallar 

Koreyanın Pektusan dağında at çapan ölkə lideri Kim Çen In

Kraliça II Yelizaveta Böyük Britaniya parlamentinin təntənəli açılış mərasimində çıxış edir

Hindistanın Əhmədabad şəhərində sənətkar emalatxanasında gil lampalar düzəldir

Keniyalı qaçışçı Bridjit Kosqey Çikaqo marafonunda birinci yerə çıxır və yeni dünya rekorduna imza atır – 2 saat 14 dəqiqə

BƏƏ-nin Abu-Dabi şəhərində Vladimir Putinin səfəri şərəfinə Rusiya bayrağının rənglərində tüstü örtüyü

Rusiyanın Mıtişi qəbiristanlığında dünyada ilk dəfə açıq kosmosa çıxan insan – rusiyalı kosmonavt Aleksey Leonovun dəfni

Keniyanın Masai-Mara Milli Qoruğunda zürafənin belinə çıxan quşlar

Braziliyanın San-Paulu şəhərində keçirilən dəb həftəsində dizayner Fabian Milatstsonun nümayişində podiuma çıxan model

Pakistana səfər edən Kembric hersoqu Ketrin