Həftənin ilk “Açıq mikrofon” aksiyası Qəbələdə keçirildi - Fotolar

heftenin-ilk-aciq-mikrofon-aksiyasi-qebelede-kecirildi
Oxunma sayı: 1065

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun sakinləri üçün təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, həftənin ilk aksiyasında ümumilikdə 5 müraciət ünvanlanıb. Mikrofon önünə keçən abonentlər debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin sayğacla təmin edilməsi və qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. 

Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.