Həftənin ilk iş gününə olan hava- - Proqnozu

heftenin-ilk-is-gunune-olan-hava-
Oxunma sayı: 2113


“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 1-3° isti, gündüz 6-9° isti təşkil edəcək.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Dağlarda temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.