Həftənin ilk iş gününə olan hava- - Proqnozu

heftenin-ilk-is-gunune-olan-hava-
Oxunma sayı: 2134


“Qafqazinfo” xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-7°, gündüz 8-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 3-də hava əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.