Həftəsonu havası - - Proqnoz

heftesonu-havasi-
Oxunma sayı: 1321


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu  gecə 20-24, gündüz  28-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 45-55  faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 34-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.