Həftəsonu imtahan verəcək abituriyentlərin - Nəzərinə

Həftəsonu imtahan verəcək abituriyentlərin
Oxunma sayı: 5354

IX VƏ XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli sayta yerləşdiriləcək. Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.

Hazırda saytda yalnız 6 və 7 iyun tarixlərində imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahan tarixləri və imtahana buraxılış vərəqələri yerləşdirilib.
 

6 iyun 2020-ci il tarixində 

9-cu sinif üzrə: 

Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə*(I hissə, siyahı) Siyəzən, Xızıda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Xətai (Bakı), Sumqayıt, Qazax, Şəki, Göyçay, Ağdaş, Qusarda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan cari və əvvəlki illərin məzunlarının Azərbaycan dili (dövlət dili) imtahanı;

Qaradağ (Bakı), Şirvanda 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Siyəzən və Xızıda isə əvvəlki illərin məzunlarının qəbul imtahanı; 

11-ci sinif üzrə: 

Xətai (Bakı), Sumqayıt*(I hissə, siyahı), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustanda yerləşən məktəblərin, həmçinin H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi liseyin şagirdlərinin buraxılış imtahanı;

Qaradağ (Bakı), Şirvan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdədə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı; 

7 iyun 2020-ci il tarixində 

9-cu sinif üzrə:

 Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Nərimanov (Bakı), Abşeron, Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabranda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan cari və əvvəlki illərin məzunlarının  Azərbaycan dili (dövlət dili) imtahanı;

Pirallahıda (Bakı) 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə isə əvvəlki illərin məzunlarının qəbul imtahanı; 

11-ci sinif üzrə:

Nərimanov (Bakı), Abşeron*(I hissə, siyahı), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran, Ağsuda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı;

Pirallahı (Bakı), Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtərdə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi