Həftəsonu olmasına baxmayaraq... - Fotosessiya

heftesonu-olmasina-baxmayaraq
Oxunma sayı: 9151

Şənbə günü olmasına baxmayaraq, paytaxt yollarında şütüyən avtobuslara, metro girişlərinə tələsən sakinlərə rast gəlmək mümkündür. 

Çünki uzun aradan sonra həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv edilib. Artıq ictimai nəqliyyat həftəiçi olduğu kimi, həftəsonları da sərnişinlərə xidmət edir. 

Qərara əsasən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal Bakıda həftə sonları “ictimai nəqliyyat həsrəti”ndən sonrakı görüntüləri lentə alıb: