Həftəsonu rayonlara leysan yağacaq

heftesonu-rayonlara-leysan-yagacaq
Oxunma sayı: 2623

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.