Həftəsonu vurulan 11 piyadadan 4-ü ölüb

heftesonu-vurulan-11-piyadadan-4-u-olub
Oxunma sayı: 761


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iki gün ərzində baş verən qəzalarda 11 piyada vurulub. Onlardan 4-ü ölüb.

Sumqayıt şəhərində VAZ-2106” markalı avtomobilin sürücüsü Fərhad Muradi yolu keçən Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirovu vurub. Azyaşlı R.Tahirov hadisə yerində ölüb, Ş.Zeynalova xəstəxanaya yerləşdirilib.


Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində “BMW” markalı avtomobilin sürücüsü İlqar Əliyev yolu keçən Gədəbəy rayon sakini Xəqani Cəfərov və onun bacısı Arifəni vurub. Hər iki piyadalar hadisə yerində ölüb.

Səbail rayonunun Neftçilər prospektində naməlum sürücü idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə təxminən 30-35 yaşlarında 2 naməlum qadını vurub. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti orta-ağırdır.

Avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən Zığ yolu küçəsində saxlanılıb, lakin sürücü avtomobildən düşərək qaçıb.

Xətai rayonunun Sarayevo küçəsində müəyyən edilməyən avtomobil Bakı şəhər sakini Rail Tanrıverdiyevanı vurub. R.Tanrıverdiyeva xəstəxanaya müraciət etməyib.

 Xətai rayonunun Gəncə prospektində müəyyən edilməyən avtomobil Bakı şəhər  sakini Nərminə Sadıqovanı vurub. N.Sadıqova xəstəxanaya müraciət etməyib.

Xətai rayonunun Zığ yolu küçəsində müəyyən edilməyən avtomobil yolu keçən Bakı şəhər sakini Qənimət Zeynalovu vurub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Suraxanı rayonunun Ramana qəsəbəsində naməlum sürücü idarə etdiyi üzərində dövlət qeydiyyat nişanları olmayan “Oka” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Fərmayıl İsmayılovu və Sahib Atayevi vurub.  Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Murad Əhməd