Həftəsonu yağıntılı olacaq

heftesonu-yagintili-olacaq
Oxunma sayı: 638

Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, səhər saatlarında duman və çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 24-də axşam və dekabrın 25-də ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Nigar Məmmədli