Həftəsonunun statistikası - 4 ölü, 20 yaralı

heftesonunun-statistikasi
Oxunma sayı: 711

İki gün ərzində yol qəzalarında 20 nəfər xəsarət alıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 26-dan 28-dək olan müddətdə 39 cinayətin  üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılıb.

Respublikanın avtomobil yollarında 7 yol qəzası baş verib, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.