“65 yaşı olan müəllim, həkim işdən çıxarılır. Süni işsizlik yaradılır. Avropada, eləcə də inkişaf etmiş ölkələrdə həkimləri 70 yaşına qədər saxlayırlar. Təklif edirlər ki, əgər istəyirsənsə, qalıb işləyə bilərsən”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Məlahət İbrahimqızı deyib.
“Həkim 65 yaşında 320 manat təqaüdlə necə yaşasın, harada işləsin?! İndi təzə dəb halını alıb, pensiya yaşına çatmış şəxslər 3-6 ay əlavə işləmək üçün vaxt uzadırlar və bu da rüşvətə yol açır. Təklif edirəm ki, heç olmasa pensiyaya çıxan həkimlər, müəllimlər bölgələrə göndərilsin və onların təcrübələrindən yerlərdə istifadə olunsun”, -deyə deputat əlavə edib.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər