Polşa Senatının vitse-spikeri Stanislav Karçevski həkim işləmək üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, vəzifədən getməsinə başqa bir səbəb də müxalifətdən olan spiker Tomaş Qrodzkla fikir ayrılığı yaşaması olub. Karçevskinin özü isə hakimiyyətdə olan “Hüquq və Ədalət” partiyasının üzvüdür.
Qeyd edək ki, Karçevski siyasi karyeraya başlayana qədər tibb təhsili alıb və cərrah kimi çalışıb.
Son xəbərlər
Son Xəbərlər