“Həkim olacaqdım, artıq heç kim ola bilməyəcəyəm”

hekim-olacaqdim-artiq-hec-kim-ola-bilmeyeceyem
Oxunma sayı: 2786

Suriyada 6 ildir davam edən müharibə səbəbiylə minlərlə insan həyatını itirdi, ölkə vətəndaşlarının böyük bir qismi də başqa ölkələrə qaçmaq məcburiyyətində qaldı. Döyüş hər nə qədər ordular və təşkilatlar arasında gedirmiş kimi görünsə də qaçmaq şansı olmayan minlərlə uşaq vəfat etdi. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, hələ də mühasirə altında yaşamağa davam edən minlərlə azyaşlı var.

"Qafqazinfo" xəbər verir ki, ölən uşaqların sayı 2015-ci ilə görə 20 faiz artıb. Təkcə 2016-ci il ərzində 652 uşaq həlak olub.

850 uşaq orduya cəlb olunub. Bu rəqəm 2015-ci ildə 362 idi. Əksəriyyəti ön cəbhələrdə döyüşmək məcburiyyətində qalan bu uşaqlar müharibəyə girir, hətta kamikadze olaraq da istifadə edilir.

Keçmiş “UNICEF” təmsilçisi Mirna Yacoub tək çıxış yolunu insanların ölümündə görür: “Canlarına qıymaq hər gün şahid olduqları vəhşilikdən xilas olmaq mənasını verir. Yaşadıqlarının öhdəsindən gəlmə bacarıqlarını get-gedə itirirlər"

Ən ağrılı mənzərə isə məktəblərdədir. Məktəblər və parklar ölkə səviyyəsində “itkin düşüb”. Yüzlərlə tələbə və müəllim ölüb, milyonlarla azyaşlı məktəblərdən gen düşüb.

Ötən il 250-dən çox uşaq məktəblərinin içində və ya yaxınlığında öldürülüb, məktəblər dəfələrlə bombalanıb. “UNICEF”in qeydlərinə bildirilir ki, “İdlib”də 26 uşaq və 6 müəllim bir hücumla qətl edilib. Məktəblərin üçdə biri ya yox olub, ya ordu bazasına çevrilib, ya da sığınacaq halına gətirilib.

“UNICEF” in müsahibə aldığı 6 yaşındakı Əhmədin sözləri insanı dəhşətə gətirir:

“Həmişə həkim olmaq istəyirdim, amma artıq heç kim ola bilməyəcəyəm yəqin. Çünki məktəbimizə hücum etdilər. Əvvəllər bağçada oyun oynayardıq, amma artıq oraya getməyə qorxuram. Atam bizi başqa bir kənddə başqa bir məktəbə aparacağına söz verib”.

6 milyona yaxın uşağın köməyə ehtiyacı var. Bu, 2012-dəki rəqəmdən 12 dəfə çoxdur. Təxminən 300 min uşaq mühasirə altında yaşayır və yardım kampaniyalarının heç birindən yararlana bilmir. 2.3 milyona yaxını Livan, İordaniya, Misir, İraq və Türkiyədə qaçqın olaraq yaşayır.

Ehtiyatlar və tibbi yardım bitdikcə, ailələr uşaqlarını erkən yaşda evləndirib, onları iş həyatına cəlb edirlər.

Bunun nəticəsində təhsil ala bilməyən 1.7 milyon uşaq var və ailələrin 75% -nin övladları işləyir. Təmizlikçi, zibilyığan və fəhlə kimi ağır işlərdə həyatlarını yox edirlər. Bu uşaqların demək olar ki, yarısı ailələrinin dolanışığını təmin edir.

Hər şeyə baxmayaraq onlar müqavimət göstərməyə davam edirlər. 12 600 uşaq imtahanlara girə bilmək üçün toqquşmaların arasından məktəbə gedib-gəlirlər.

Məsələn: Livanda yaşayan 4 yaşlı suriyalı kimi: “Oxuyub-yaza bilmirəm, yalnız səmanı, dənizi və günəşi çəkməyi bilirəm. Qarsonluq etmişəm, onlarla yemək xidmətində işləmişəm. Evimizi tərk edib, getmək istəyirəm. Həbsxanadan fərqi yoxdur”.

Rasim Həmidi