Müğənni Zenfira İbrahimova koronavirusa yoluxan anasını həyatda saxlamaq üçün əlindən gələni etdiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Onun sirri” verilişində danışıb:
“2 ildir ki, pandemiyadan hər birimiz əziyyət çəkirdik. Onu (anasını nəzərdə tutur-red.) qorumağa çalışırdım. Həm şəkəri, həm təzyiqi var idi. Xəstəliyə qarşı həssas idi. Bu xəstəlikdən çox yaxınlarımızı, məşhurları itirdik, qorxurdum. Gəlib görəndə ki, anamda narahatlıq var, dərhal müalicə etdirmək istədim. Dedi ki, sən burada olmayanda mən müalicə almışam. Həyat yoldaşım görüb ki, narahatlığı var, deyib həkimə aparaq, razılaşmayıb. Anar (həyat yoldaşı-red.) evdə şprislər görüb mənə zəng vurdu. Anamla danışdım, yenə təkzib etdi.
Ayın 15-i Moskvaya toya gedirdim, Anar zəng vurdu ki, ananın halı pisləşdi, istəyirəm xəstəxanaya aparım. Anam gedəndə qızıma deyib ki, mən bilirəm ki, o xəstəxanaya getsəm, bu dünyada olmayacağam. Bakıya gəldim. Mənə bir həkimi məsləhət gördülər. Dedim ki, namusumdan başqa hər şeyimdən keçərəm. Həkimə evin açarlarını təklif etdim, ancaq alınmadı. Oktyabrın 15-dən xəstəxanaya yerləşdirildi, noyabrın 3-ü dünyasını dəyişdi”.
Qeyd edək ki, Z. İbrahimovanın anası ötən ilin noyabrında vəfat edib.
Son xəbərlər
Son Xəbərlər