Həkimə getmək istəyənlər postlardan arayışla buraxılır

hekime-getmek-isteyenler-postlardan-arayisla-buraxilir
Oxunma sayı: 2256

“Şəhərdən kənar tibb müəssisələrinə getmək istəyənlər arayışla gedə biləcəklər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev deyib. 

O bildirib ki, amma onlar qayıdanda da həkimin arayışı olmalıdır: “Arayış verilərkən də həmin şəxsin konkret hansı tibb müəssisəsinə göndərildiyi qeyd olunsa, daha yaxşı olar”. 

Murad Əhməd