Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimova hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə E.İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə sərbəst buraxıldığı üçün məhkəmə zalıdan həbs edilib.
Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən özəl klinikalarının birində çalışan qadın nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Özündən yaşca böyük olan həkimlə səmimi ünsiyyət quran E.İbrahimov sonradan onu şantaj edərək rüsvay edəcəyini deyib. Bu yolla həkimdən 8 min manatdan çox pul alıb. Daha sonra qadının şikayəti ilə E.İbrahimov saxlanılıb. O ittihamı qəbul etməyərək pulu yardım məqsədi ilə istədiyini deyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər