Həkimin yazdığı dərmandan çox içdi, zəhərləndi

hekimin-yazdigi-dermandan-cox-icdi-zeherlendi
Oxunma sayı: 1445

Şəmkirdə dərmandan zəhərlənmə olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü Məryəm Əsgərova dərmandan zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə M. Əsgərova mədə ağrısına görə ona təyin edilən dərmanı həddindən artıq qəbul etdiyi üçün zəhərlənib.