Müğənni Rəqsanə İsmayılova ötən gün qızı Aysunun ilk klip təqdimatına qatıla bilməyib. “Qafqazinfo” xəbər verir ki, sənətçi “Skype”lə tədbirə canlı qoşularaq həkiminin ona qadağa qoyduğunu bildirib.
Bundan əlavə, bir müddətdir Rusiyada yaşayan müğənni göz yaşlarını saxlaya bilməyib:
“Hər kəsi salamlayıram. Bakıya gələ bilmirəm. Həkimim icazə vermir ki, təyyarəyə minim. 5 aylıq hamiləyəm, daha sonra Azərbaycana gəlmə şansım olacaq. Göz yaşlarımı da saxlaya bilmirəm, çox kövrəkyəm. Qızımı necə zülmlə böyütdüyümü hər kəs bilir. O, media və TV-nın yanında böyüyüb. Onun müğənni olmaöına etiraz edirdim. Çünki özüm çox əziyyətlər görmüşəm. Müğənni olmaq üçün gərək arxan olsun. Amma qızımda olan istək məni bu fikrimdən daşındırdı”.
Qeyd edək ki, “Gözü kor” mahnısına çəkilən klip ötən gün təqdim edilib. Bəstənin sözləri Taleh Mənaya, musiqisi isə DJ Roşkaya məxsusdur.







Son xəbərlər
Son Xəbərlər