Azərbaycanda elektron reseptlər tətbiq ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub.
***
Səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib: “Birmənalı şəkildə elektron resept sistemini tətbiq edərək ölkəyə qanunsuz, yararsız dərman vasitələrinin gətirilməsini nəzarətdə saxlamaq istəyirik. Yeni dəyişiklikdən sonra 38 ölkədən və iki təşkilatdan qeydiyyatdan keçmiş dərmanların Azərbaycana gətirilməsi kifayət qədər asanlaşacaq. Bu qanunun dəyişməsi ilə işimizi bitmiş hesab etmirik. Analitik Ekspertiza Mərkəzinin işində də struktur dəyişikləri aparırıq. Bununla bağlı işlər gedir. Ölkəyə idxal olunan dərmanlar monitorinq olunacaq və onların keyfiyyəti qiymətləndiriləcək”.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər