“Pandemiya səngərində döyüşən həkimlərimizlə bağlı ortaya çıxan reallıq hökuməti narahat etməlidir. Əhalinin hər 10 000 nəfərinə düşən ixtisaslı həkimlərin sayı Bakıda 77, Lerik, Quba, Şabran və bir neçə rayonda 8-10 nəfər təşkil edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə deyib. O qeyd edib ki, 50-yə yaxın rayonda ixtisaslı həkimlərin sayı 20 nəfərdən azdır və pandemiya dövründə paytaxtdan bölgələrə həkimləri göndərmək siyasətinin müqavimətlə qarşılandığı da hamıya bəllidir: “Problemin həlli üçün effektli yollar tapılmasa, yollar açılanda xaricə axan səhiyyə turizmimiz davam edəcək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər