Həkimlərin çantalarını oğurlayan şəxs saxlanıldı

hekimlerin-cantalarini-ogurlayan-sexs-saxlanildi
Oxunma sayı: 3089

Bakıda özəl tibb müəssisələrində həkimlərin çantaları oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Nəsimi rayonunda özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. E.Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.