«Günəşli» yatağındakı qəza nəticəsində həlak olan neftçilərin ailə üzvlərinə sığorta ödənişlərinə başlanıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu haqda məlumatı «Paşa Həyat Sığorta» şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib. Ancaq M.Rüstəmov rəqəm açıqlamayıb: «Sığorta məbləğləri müxtəlifdir. Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və sığorta ödənişi tam həyata keçirilib. Bu istiqamətdə işlərimiz davam etdirilir».
2015-ci il dekabrın 4-də Xəzərin «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş vermişdi. Platformadakı 64 neftçidən yalnız 34-ü xilas edilmişdi. Sonradan 14 neftçinin meyiti tapılıb. Qalanları itkin sayılır.
Son xəbərlər
Son Xəbərlər