Rusiyada baş verən dəhşətli yanğında həlak olanlar arasında azərbaycanlı yoxdur.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: “Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb”.
Son xəbərlər
Son Xəbərlər