Həlak olduğu səyahətə atasını sevindirmək üçün getmişdi...

helak-oldugu-seyahete-atasini-sevindirmek-ucun-getmisdi
Oxunma sayı: 6030

Xəbər verdiyimiz kimi, turistləri “Titanik”in qəzaya uğradığı yerə apararkən itən “Titan” adlı sualtı qayığın ekipajının bütün üzvlərinin həlak olduğu məlum olub. Sualtı qayıqda partlayışın baş verdiyi bildirilir. Qayığın axtarışlarına isə iyunun 19-u başlanılmışdı.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində qayıqda həlak olanlar arasında Pakistanın ən varlı şəxslərindən biri olan 48 yaşlı Şahzadə Davudla 19 yaşlı oğlu Süleyman da var. 

Həmçinin oxuyun: Пусть мир будет во всем мире!

Süleymanın bibisi Azmeh Davud “NBC News”a açıqlamasında gəncin bu səfərə qatılması ilə bağlı detalları açıqlayıb. Belə məlum olub ki, Şahzadə Davud “Titanik” həvəskarı olsa da, oğlu bu səyahət üçün özünü hazır hiss etməyib. O bildirib ki, Süleyman Atlantik okeanının dibinə səyahət etməkdən qorxduğunu dilə gətirib: “Bu səyahətə hazır olmadığını dedi. Lakin səyahət Atalar Gününə təsadüf etdiyindən Süleyman atasını sevindirmək istəyirdi və buna görə razılaşdı”. 

Qeyd edək ki, Süleyman Qlazqoda Strathclyde universitetinin tələbəsi olub. O və atası İngiltərə vətəndaşıdır.