Həlak olmuş bu hərbçilərə şəhid statusunun verilməsi təklif edilir

helak-olmus-bu-herbcilere-sehid-statusunun-verilmesi-teklif-edilir
Oxunma sayı: 1892

Həlak olan bu hərbi qulluqçulara şəhid statusunun verilməsi təklif edilir.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

Məruzədə Azərbaycan Respublikasının sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olmuş və ya ölmüş elan edilmiş hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin təklif edilməsi əksini tapıb.
 
Zaur Mirzə