“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi Türkiyənin “Əskişəhərspor” klubu ilə qarşılaşmadan sonra fikirlərini klub saytı ilə bölüşüb:
“Keçirdiyimiz yoxlama oyunlarında nəticə deyil, məşqçinin komandaya aşılamaq istədiyi oyun sxemi ön sırada durur. İndiki matçlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdı. Lakin hələ çox çalışmalıyıq”.
Qay bildirib ki, “qırmızı-qaralar”a Antalya toplanışında qatılsa da, yeni komandaya gözlədiyindən də asan uyğunlaşıb: “Qəbələ”yə uyğunlaşmaqda heç bir çətinlik olmadı. Bu prosesin daha çətin olacağını gözləyirdim. Lakin burada məni çox isti qarşıladılar. Bütün komanda üzvlərinin arasında qarşılıqlı hörmət olan yerdə uyğunlaşma ilə bağlı da çətinlik ola bilməz. Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”.