“Hələ də bakirəyəm...” - Bülent Ersoy

hele-de-bakireyem
Oxunma sayı: 6114

Türkiyəli müğənni Bülent Ersoy “Nossa Costa”da konsert proqramı ilə çıxış edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni bu konsertdə də zarafatlarından geri qalmayıb.

Bülent ona yaxınlaşan pərəstişkarına atmaca atıb.

İfaçı ona yaxınlaşmaya qorxduğunu bildirib:

“Yanına gələcəm, amma çox qorxuram. Qorxuram ki, başıma bir iş gələr. Bilirsiz, hələ də bakirəyəm...”

Qeyd edək ki, ifaçı bir müddət əvvəl Bülent evlənməsi barədə yayılan xəbərlərə münasibət bildirmişdi:

“Mən hamiləyəm. Hamiləlik xəbərim nə qədər doğrudursa, evlənmək xəbərim də bir o qədər gerçəkdir. Evlilik dəftərini bağlamışam. Türkiyədə məni cəzb edəcək yaraşıqlı kişi yoxdur”.