“Hələ də səhiyyə sistemi çaşqınlıq dövrünü yaşayır”

hele-de-sehiyye-sistemi-casqinliq-dovrunu-yasayir
Oxunma sayı: 1305

“Pandemiya dünyanın səhiyyə xidmətlərinin zəif tərəfini üzə çıxartdı. Pandemiyanın yayılması ilə dünyada kifayət qədər tibbi işçilərinin olmadığını müşahidə etdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Qlobal Forumunda Səhiyyə və əhalinin vaksinasiyası panelində Latviyanın sabiq baş naziri Laimdota Straujuma deyib.

Onun sözlərinə görə, aşağı büdcəli ölkələrə yardımımızı əksik etməməliyik və bu sahədə beynəlxalq əməkdaşlıq yaradılmalıdır: “Hələ də dünyada səhiyyə sistemi çaşqınlıq dövrünü yaşayır. Pandemiya, xüsusən payız mövsümündə daha çox yayılır. Ölkələrdə pandemiyanın yayılması ilə bağlı vəziyyət fərqlidir. Vaksinasiya ən yaxşı mübarizə vasitəsidir”.

Gülnar Əliyeva