“Qafqazinfo”nun məlumatına görə, 52 kq çəki dərəcəli idmançımız final görüşündən danışıb:
“Hədəfim qızıl medal qazanmaq idi. Təssüflər olsun ki, alınmadı. Rəqibim çox təcrübəli idi. 30 yaşlı rəqibim 2 qat dünya çempionu ilə finalda mübarizə apardım. İlk dəfə qarşılaşmağımıza baxmayaraq onun əvvəlki çıxışlarını izləmişdim. Amma çox çalışsam da alınmadı. Hələ gəncəm qarşıda daha yüksək nailiyyətlər qazanmaq üçün vaxtım var. Qarşıdan İslam Həmrəyliyi oyunları gəlir. Bütün diqqətimi bu oyunlara yönəldəcəm ki, orada qızıl medal qazanım. Qələbəni ailəmə və müəllimimə həsr edirəm. Çünki üzərimdə onların əməyi çox olub”.
Son xəbərlər
Son Xəbərlər